Mikroavtobus qadını vurdu

21 Mart 2017 11:41 (UTC+04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1978-ci il təvəllüdlü Məmmədova Aynurə Camal qızı yolu keçən zaman sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus tərəfindən vurulub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az