Millimizdə itkilər

21 Mart 2017 12:48 (UTC+04:00)

"Report"un məlumatına görə, "Neftçi"dən dəvət edilmiş Ruslan Abışov və Namik Ələskərov zədəli olduqları üçün millinin düşərgəsindən ayrılıblar.

Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə "Neftçi"nin heç bir oyunçusu qalmayıb.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

AzNews.az