Güclü külək fəsadlar törətdi - Foto

21 Mart 2017 13:08 (UTC+04:00)

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, təbiət hadisəsi sakinlərə ziyan vurub.

Belə ki, külək nəticəsində iri ağaclardan qırılan budaqlar rayon mərkəzindəki marketin dam örtüyünün üstünə düşüb. Nəticədə dam örtüyü yarasız hala düşüb.

Külək habelə rayonun Qırlı kəndində də sakinlərdən birinə ziyan vurub. Belə ki, kənd sakininin evinin yardımçı hissəsinin dam örtüyü tamamilə uçub. Nəticədə ev sahibinə xeyli ziyan dəyib.

AzNews.az