Cennifer yenə diqqət mərkəzində - Əlbisəsi ilə + Foto

21 Mart 2017 13:45 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Dünyanın rəqsi” adlanan amerika şousunda aktrisa qara, açıq-saçıq paltarda bir daha bunu sübut edib. Burada o, professional rəqqasə kimi iki obrazda görünür: Müsabiqənin münsiflər heyətinin üzvü və təşkilatçı kimi.

O, gecədə uzun yarıqlı və dekoliteli əlbisəsi ilə yenə hamının diqqətini cəlb edib. Daha sonra o, tədbirdə “İrəli addım” filmindən tanıdığımız məşhur aktrisa Cenn Devan ilə görüntülənib. Qısa ətəkdə olan aktrisa gülümsəyərək poz verib.