“Deyirlər ki, mən Ermənistanı...” - Sami Yusif Bakıda + Foto

21 Mart 2017 18:33 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən məlumatına görə, sabah Heydər Əliyev Sarayında verəcəyi konsertlə bağlı danışan ifaçı Bakını çox sevdiyini deyib.

O, bir müddət əvvəl Türkiyə mediasına müsahibəsi zamanı Ermənistanın ötən ilki “Eurovision” təmsilçisi barədə dediyi sözlərə aydınlıq gətirib:

“Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm. Amma belə bir şey olmayıb. Məndən Azərbaycanın “Eurovision"” iştirakçısı barədə soruşdular. Dedim, yaxşıdır, amma milli çalarlar, təəssüf ki, yoxdur. Sonra isə Ermənistan təmsilçisi barədə soruşanda bildirdim ki, “Amma onlar milli elementlərdən istifadə ediblər”. Müsahibəni yaddan çıxarıb sadəcə bu nüansı şişirdilər”.