Ronaldo daha bir mükafata layiq görüldü

21 Mart 2017 19:44 (UTC+04:00)

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya yığmasının əsas oiyunçusu ölkəsində “İlin futbolçusu” seçilib.

2016-cı ildə Portuqaliya Ronaldonun da zəhməti sayəsində Avropa çempionluğunu qazanıb.

Ulduz futbolçu, mükafatı “İlin ən yaxşı məşqçisi” seçilən Portuqaliya yığmasının baş məşqçisi Fernando Santosun əlindən alıb.

Ronaldo ötən il Portuqaliya yığmasıyla Avropa çempionu, “Real”la Çempionlar Liqasının qalibi olub, “Qızıl top” mükafatını qazanıb, FİFA tərəfindən “İlin futbolçusu” seçilib.

AzNews.az