Azərbaycanın nümayəndə heyətinin Polşa görüşləri - TƏFƏRRÜAT

2 Fevral 2013 10:58 (UTC+04:00)


Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri fevralın 1-də Varşavada əhəmiyyətli görüşlər keçirib. AzNews.az-ın məlumatına görə, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçirilən görüşdən sonra Natolin Avropa Kollecində olub.

Polşa Respublikası Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı ilə yanaşı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm ZülfüqarlıFuad Süleymanov iştirak ediblər.

Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

BDU-nun rektor Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə 2 nüfuzlu Polşa universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirib.

Bu gün örüşlər Lodz şəhərində davam edir.

İlkin
AzNews.az