AzNews.az-ın daha bir məlumatı rəsmən təsdiqləndi

2 Fevral 2013 11:15 (UTC+04:00)

Rasim Musayev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin olunub.İdarənin sabiq rəisi Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin edilib

Azərbaycan Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi polis polkovniki Möhübbət Hüseynov tutduğu vəzifədən azad edilərək Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin edilib. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev sərəncama götürülüb.

R. Usubovun digər əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi polis general-mayoru Rasim Musayev DİN Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki bu təyinatların olacağı ilə bağlı ilk dəfə AzNews.az saytı məlumat yaymışdı.

AzNews.az