Suriyada yüzlərlə insan koalisiya güclərinin zərbələrinin qurbanı olub

22 Mart 2017 17:37 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, aviazərbələr qaçqınların olduğu köhnə məktəb binasına endirilib.

Mənbələrin məlumatına görə, zərbə məktəb binasına martın 20-də endirilib. 50 ailənin aviazərbələrin altında qaldığı bildirilir. Məlumata görə, ölənlərin arasında qadınlar və uşaqlar da var.