Cəlilabadda ağır yol qəzası - Ölən və yaralananların adları məlum oldu (Yenilənib)

22 Mart 2017 21:06 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri - 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri - 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri - 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

19:58

Cəlilabadda 2 nəfərin ölümü, təqribən 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az xəbər verir ki, bu barədə “Report”a Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.