Şəmkir sakini ağacdan yıxılıb ağır yaralandı

22 Mart 2017 21:57 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1957-ci il təvəllüdlü Mərdanov Nurəddin Əli oğlu həyətində olan söyüd ağacından yıxılaraq xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib.

N. Mərdanova sağ budun sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.