"London terrorunu törədən şəxs britaniyalı olub"- Baş Nazir

23 Mart 2017 15:06 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə çıxış edib. Onun sözlərinə görə, terrorçu cinayəti tək başına törədib.

Xatırladaq ki, 22 mart tarixində Londonun Vestminister körpüsündə şəxsiyyəti açıqlanmayan bir nəfər avtomobili insanların üzərinə sürüb. Daha sonra avtomobildən enən şəxs bıçaqla insanlara hücum edərək, parlamentin binasına daxil olmağa çalışıb. Amma hüquq-mühafizə orqanları onu zərərsizləşdirə biliblər. Nəticədə, 5 nəfər ölüb, 40 nəfər yaralanıb.