Bakıda azyaşlı uşaq bağlı qapı arxasında qalıb- FHN xilas edib

23 Mart 2017 18:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıblar.

Onlar mənzilin qapısını açıblar və azyaşlını valideynlərinə təhvil veriblər.