Rusiya və Türkiyə terrorizmlə bağlı məsləhətləşmələr keçirəcək

23 Mart 2017 21:23 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, terrorizmlə mübarizə mövzusu, bütün dünya üçün, o cümlədən Rusiya və Türkiyə üçün ikitərəfli müzakirə gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Xüsusən də Yaxın Şərq və Şimali Afrika regionunda mürəkkəb proseslərin, o cümlədən, Suriyada və İŞİD-lə mübarizə kontekstində iki ölkə mühüm rol oynayır.

Rusiyanın məsləhətləşmələrdəki nümayəndə heyətinə xarici işlər nazirinin müavini Oleq Sıromolotovun rəhbərlik edəcəyi planlaşdırılır.

İki ölkə arasında əvvəlki məsləhətləşmələr 2016-ci ilin oktyabr ayında Türkiyənin paytaxtı Ankarada keçirilib