“Ölməklə yaşamağın fərqi qalmayıb” - Kənan Hacı

24 Mart 2017 12:59 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında yazıçı Kənan Hacı bildirib. O, mərhumun intiharından sarsıldığını deyib: "Eşitdim, hönkürtü ilə ağladım. Həmin vaxt Qənirə xanım da yanımda idi. Dedi ki, "qoyun, ağlayıb sakitləşsin". Çox üzüldüm".

Kənan Hacı qeyd edib ki, ölüm indi çox adiləşib: "Adam hər şeydən bezir. Yaşamaq da adiləşib. Ölməklə yaşamağın fərqi qalmayıb".

Yazıçı hazırda müalicə aldığını vurğulayıb.

Bahar RÜSTƏMLi

AzNews.az