Bir sıra Avropa ölkələrinin Azərbaycan səfirliklərində bayraqları endirildi

24 Mart 2017 13:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Böyük Britaniya səfirliyi ilə yanaşı Avropanın bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində də həmrəylik işarəsi olaraq dövlət bayraqları yarıyadək endirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı ilə bağlı olan britaniyalı maşını idarə edərək Vestminster körpüsündə olan bir neçə nəfəri əzib. Nəticədə 4 nəfər həlak olub, onlarla insan yaralanıb.