Prezident yunanıstanlı həmkarını təbrik etdi

24 Mart 2017 18:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram”.