Kənan M.M sənət adamlarını təhqir etdi - “Şəxsiyyətini ayaqlar altına atan manıslar”

24 Mart 2017 20:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rejissor bu barədə sosial şəbəkədə yazıb. O, mərhum rep ifaçısı Hüseyn Dəryanın oğlu Cahangir Dəryaya öyüd-nəsihət verərkən sənət adamlarının gündəmdə qalmaq üçün şəxsiyyətlərini ayaqlar altına atdıqlarını deyib: “Biz heç kimi yarı yolda buraxmarıq. Sadəcə, bizimlə gəlmək istəməyənlər var. Cahangir Dərya, çoxdan idi ki, görüşmürdük. Manıslara baş qoşmaq olmaz. Əqidəyə və qəlbin səsini dinləməyə davam. Dərya balası Cahangir, inanıram ki, sən böyüyəndə gündəmdə qalmaq üçün şəxsiyyətini ayaqlar altına atan manıslardan olmayacaqsan”.

Bahar RÜSTƏMLİ

AzNews.az