Müsavatdan “hələ gözləyirik” açıqlaması

2 Fevral 2013 13:23 (UTC+04:00)
"Müsavat Partiyası növbəti qurultayını keçirmək üçün 2012-ci il ərzində dörd dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, bu məqsədlə 800-1000 nəfərin yerləşə biləcəyi yer ayrılmasını xahiş edib. Lakin adıçəkilən qurum partiyaya qurultayın keçirilməsi üçün münasib yer ayırmaqdan imtina edib".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Başqan müavini bildirib ki, BŞİH-in təklif etdiyi yerlər qurultayın keçirilməsi üçün yararlı olmayıb: "Ötən ilin dekabrında növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə mətbuat vasitəsilə qurultay üçün 800-1000 nəfərlik yerin ayrılması tələb olunub. Hələlik bu müraciətə heç bir cavab yoxdur. Biz də gözləyirik. Cavab gəlmədiyinə görə qurultay məsələsi ləmgiyir".

G.Aslanlı qeyd edib ki, qurultayın Gürcüstanda keçirilməsi məsələsi aktual deyil: "Ona görə ki, Gürcüstanda yeni yaranmış hökumətlə Azərbaycan hökuməti arasında gərginlik yarana bilər. Amma planımızda Gürcüstan məsələsi var".

İlkin
AzNews.az