Rusiya qoşunları Liviyada yerləşdirilib- ABŞ hərbi komandanlığı

25 Mart 2017 13:38 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ qoşunlarının Afrikada komandanı Tomas Valdxauzer məlumat verib. Onun sözlərinə görə, hazırda ABŞ kəşfiyyatı rus əsgərlərinin sayını dəqiqləşdirir.

Rus kəşfiyyat qrupunun Liviyaya gəldiyi ilə bağlı məlumatlar ilkin məlumatlar martın 14-də yayılıb. Onlar məğlubiyyətə uğranmış Xəlif Həftərə yardım etməyə çalışır.