Xaçmazda ev yandı- yaralılar var

25 Mart 2017 14:16 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Əhmədoba kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbisində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.