"Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi" - Ərdoğan

25 Mart 2017 16:26 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya şəhər bələdiyyəsinin yeni inzibati binasının açılışı mərasimində bildirib.

"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı qoruya bilmədikləri kimi... Məlum zat "ora getməyəcəm" demişdi, amma sonradan quzu kimi gəldi. Mən gələcəklərini bilirdim. Bunlar bir sözünün üstündə durmur. Axşam başqa şey deyirlər, səhər başqa şey", - deyə prezident bildirib.