Hollivudun ən çox gəlir qazanan aktrisası məlum oldu - 17.5 milyon

25 Mart 2017 17:09 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, “Gözəl və bədheybət” müziklı dünya film prokatlarında kassa gəlirlərinə görə uğur qazanmağa davam edir.

Müqaviləyə əsasən, Emma filmə görə 2.5 milyon dollar qonorar alıb. Lakin, kassa gəlirlərinə görə, aktrisanın qonorarı artacaq. Proqnoza görə, bu 17.5 milyon dollar ola bilər.

Daha əvvəl Cennifer Lourens "Ac oyunlar" filminə görə 15 milyon dollar qonorar qazanmaqla, Hollivudun ən çox gəlir qazanan aktrisası idi.