İsmayıllıda 5 otaqlı ev yandı

25 Mart 2017 18:15 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.