İlham Əliyev Banqladeş prezidentini təbrik etdi

25 Mart 2017 18:32 (UTC+04:00)

AzNews.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.