Almaniya millisi Respublika stadionunda məşq etdi - Fotolar

25 Mart 2017 19:17 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Çalışmalara Bakıya gələn 21 futbolçunun hamısı qatılıb. Onların arasında İngiltərə ilə yoldaşlıq görüşündə iştirak etməyən 4 oyunçu, o cümlədən, Məsut Özil də olub. Komanda üzvlərinin hamısı baş məşqçi Yoahim Lövün tapşırqlarına uyğun müxtəlif fiziki təmrinləri yerinə yetiriblər. Açıq məşqi 200-dək şəxs, o cümlədən, çoxsaylı jurnalistlər izləyib.