Yeniyetmə rəfiqəsinin başına atəş açdı - Snapchat-da yazdığına görə (Şok hadisə)

25 Mart 2017 20:37 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qızın oğlanlardan birinə tez-tez Snapchat-da mesaj yazması olub. Xoşbəxtlikdən qız sağ qalıb.

16 yaşlı oğlanlar rəfiqələrini öncədən öldürməyi planlaşdırıblar. Lakin, əvvəlki görüşdə cəsarət edib, buna cəhd edə bilməyiblər. Onlar əvvəlcə qızın boğazını kəsmək istəyiblər. Günlərin birində oğlanlar biri görüşə silah gətirib. Həmin görüşdə onlar qızın başına atəş açıblar.

Törədilmiş cinayətdən sonra yeniyetmələr qızın çantasını və digər əşyalarını özləriylə aparıblar. Həmin gecə qız axtarışa verilib və xəndəkdən tapılıb.

Hazırda yeniyetmələr həbs edilib. Onların valideynləri barədə də hökm oxunacaq.