Serdar Ortaç səhnəyə çıxa bilmədi - Bomba xəbərdarlığı

26 Mart 2017 11:55 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, türkiyəli müğənni Sərdar Ortaçın konsert verməsi planlaşdırılan əyləncə mərkəzi müğənninin səhnəyə çıxmasına bir neçə dəqiqə qalmış həyəcan siqnalı ilə boşaldılmağa başlanıb.

Yüzlərlə polis əyləncə mərkəzinin yerləşdiyi bölgəyə göndərilib, təhlükəsizlik tədbirləri görülür. Bolqarıstan hakimiyyəti əyləncə mərkəzində bomba olması barədə məlumatın hansı mənbədən daxil olduğunu hələ açıqlamayıb.