Ankaradakı partlayışı solçular törədib

2 Fevral 2013 21:16 (UTC+04:00)
Ötən gün Türkiyə baş verən partlayışı törədənlərin kimliyi bilinib.
"BBC"-nin məlumatına görə, fevralın 2-də ABŞ-ın Ankaradakı səfirliyinin binası qarşısında baş verən partlayışın məsuliyyətini sol təmayüllü İnqilabçı Xalq Azadlıq Cəbhəsi üzərinə götürüb.

Həmin qanlı olay nəticəsində səfirlikdə işləyən Türkiyə vətəndaşı həlak olub.

Türkiyə mənbələrinin bildirdiyinə əsasən, diplomatik missiyanın binasına hücumda şübhəli bilinən üç nəfər Ankara və İstanbulda həbs olunub.

Mənbənin xatırlamasına əsasən, bu qurum əvvəllər də ABŞ və NATO-nun obyektləri qarşısında silsilə hücumlar gerçəkləşdirib.

AzNews.az