Dmitri Nazarov Azərbaycan yığmasının tarixinə düşdü

27 Mart 2017 10:11 (UTC+04:00)

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu dördqat dünya çempionlarına və Avropanın ən titullu yığmaları İtaliya və Almaniyaya qol vuran ilk azərbaycanlı futbolçu olub.

Almaniyanın "Aue" klubunun futbolçusu ilk dəfə 2016-cı il oktyabrın 10-da Bakıda Avro-2016-nın seçmə qrup oyunu zamanı İtaliyanın qapısına yol tapıb. Martın 26-da isə Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyanı məyus edib. Nazarov hər iki görüşdə komandasının bərabərlik qolunun müəllifi olsa da, yekunda Azərbaycan yığması müvafiq olaraq, 1:2 və 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda Nazarovun aktivində 6 qol var. Onlardan 4-ü rəsmi matçlarda vurulub. O, ötən tskildə Bakıda Bolqarıstan və Maltanı məyus edib. Digər 2 qol isə yoldaşlıq görüşlərinə təsadüf edib.

AzNews.az