Yeni doğulan 2 körpə küçəyə atıldı - VİDEO

2 Fevral 2013 21:41 (UTC+04:00)
Gəncədə yeni doğulmuş uşaq atılmış vəziyyətdə tapılıb. Atılmış uşağı körpələr evinin qapısının qarşısında işçilər tapıblar. Bu, Gəncədə bir gündə atılan ikinci uşaqdır.

Körpələr evinin işçiləri polisə xəbər verdikdən sonra soyuq qış günündə çölə atılmış körpə xəstəxanaya yerləşdirilib. 2 günlük körpənin vaxtından tez dünyaya gəldiyi müəyyən edilib. 1 kg çəkisi olan körpə qız uşağının səhhəti də elə ürəkaçan deyil. Gəncədəki 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından verilən məlumata görə, uşaq hələ ki ciddi nəzarət altındadır. Onun intensiv müayinə və müalicəyə ehtiyacı var.
Həkim-pediatr Aybəniz Zeynalovanın sözlərinə görə, uşaq yaxşı olduqda, yəni çəkisi 2 kq - 2 kq yarıma çatdırılıqdan sonra körpələr evinə köçürüləcək.

Qeyd edək ki, bu gün Gəncədə daha bir xəstəxanalardan birində valideyn yeni doğulan körpəsindən rəsmi olaraq imtina edib./anspress/