Bolqarıstan Azərbaycan qazından məhrum ola bilər

27 Mart 2017 16:16 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Nikolay Pavlov deyib.

Nazir öz müsahibəsində bildirib ki, Bolqarıstanın “Bulgargaz” şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə “Şahdəniz 2” yatağından ildə bir milyard kubmetr qazın tədarük olunması barədə müqaviləsi mövcuddur.

Nazir həmçinin vurğulayıb ki, Avropa Komissiyası tərəfindən 2009-cu ildə təqdim edilmiş 45 milyon avro dəyərində qrantın mənimsənilməsi hələ başlamayıb. Bununla belə, qrantın müddəti 2018-ci ildə başa çatır.

N.Pavlovun sözlərinə görə, texniki layihələndirmə ilə bağlı ləngimələr də narahatlığa səbəb yaradır. “Texniki layihələndirmə ötən ilin yanvarında Regional İnkişaf və İctimai İşlər Nazirliyi tərəfindən bir il müddətinə təsdiqlənib. Onun fəaliyyət müddəti bu ilin yanvarında başa çatıb.”

AzNews.az