Kirsan İlyumjinov təkzib etdi - “Məni əvəz etmək istəyirdilər” + Yenilənib

27 Mart 2017 17:18 (UTC+04:00)

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, TASS-a açıqlamasında bildirib.

FİDE prezidenti təşkilatın rəhbəri vəzifəsindən getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər, lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu, amerikalıların işidir".

Qeyd edək ki, FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın prezidentliyindən istefa verdiyi haqda məlumat yerləşdirilib.

***

17:03

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, faktı federasiyanın rəsmi saytı da təsdiq edib.

Gələn ay FIDE-nin növbədənkənar toplantısının keçiriləcəyi bildirilir.

AzNews.az