Yəməndə partlayış - Ölən və yaralananlar var

27 Mart 2017 17:26 (UTC+04:00)

AzNews.az “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, Lahc əyalətində adminstrasiya binasının qarşısında bomba quraşdırılmış avtomobil partladılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı hələ ki məlum deyil.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Aydan