Bir nəfər Kürdə batıb

28 Mart 2017 09:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nefçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.