Klintonun Rusiya ilə əlaqələri araşdırılmalıdır- Tramdan təklif

28 Mart 2017 11:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə ABŞ prezidenti öz "Twitter" hesabında yazıb.

"Komitet Bill və Hillari Klintonun böyük həcmli uran ehtiyatlarının Rusiyaya ötürülməsi ilə bağlı razılaşmasını niyə araşdrımaq istəmir?"

Tramp vurğulayıb ki, onun Rusiyayla əlaqələrinin olması barədə xəbərlər yalandır.

20 Mart tarixində Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi Trampın rəsmi Moskvayla əlaqələri və Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı araşdırmalar aparılacağını bəyan edb. Respublikaçılar partiyası Rusiya ilə bütün siyasi və iş əlaqələrini inkar edir. Rəsmi Moskva da Vaşinqtonun Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı səsləndirdiyi iddiaları qəbul etmir.