Məktəbli qız Nobel ala bilər

3 Fevral 2013 12:21 (UTC+04:00)



Pakistanda qız uşaqları təhsil alması uğrunda mübarizə apardığı üçün taliban tərəfindən güllələnsə də sağ qalan Məlala Yusifzad dünya barış simvoluna çevrilib.

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 15 yaşlı bu yeniyetmə məktəbli Nobel Sülh mükafatına namizəd göstərilib.

Onu Oslo Sülh Araşdırmaları İnstitutu onun namizədliyini irəli sürüb.
İnstitut adından Berg Harpviken çıxış edib:

"Sadəcə demokratiya və insan haqları baxımıdan deyil, uşaq və təhsil məsələsini gündəliyə gətirdiyi üçün də Məlalanın bu mükafata uyğundur".

Xatırladaq ki, ötən ilin oktyabrında Pakistan məktəblisi güllələndikdən sonra İngiltərədə Birmingem xəstəxanasında müalicə olunub. Vurulduğu gündən o, dünya ictimaiyyəti tərəfindən dəstəklənib.

AzNews.az