Radikal qruplaşma dünya liderlərinə ölüm mesajı göndərdi-ŞOK

3 Fevral 2013 12:30 (UTC+04:00)
İnternetdə ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkeli hədələyən video yayılıb. ANS PRESS-in RBK-ya istinadən verdiyi məlumata görə, bu videonun müəllifi radikal qruplaşmanın tərəfdaşı Əbu Əzzamdır.

Terrorçu qruplaşmanın internetdə yaydığı videoda bildirilir ki, Almaniya kansleri Angela Merkel və Amerika dövlət başçısı
Barak Obama öldürüləcəklər. Almaniya parlamenti-reyxstanqa hücum olacaq. Qruplaşma Almaniya parlamentinin aqibətinin 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı dünya ticarət mərkəzilə eyni olacağını xəbərdar edib.

AzNews.az