Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib

28 Mart 2017 15:19 (UTC+04:00)

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib.

Xalq artisti Nurəddin Mehdixanlı AzNews.az-a bildirib ki, mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş: “İki dəfə əməliyyat olunub. Nə yazıq ki, edilən əməliyyatların heç biri xəstəliklə mübarizə apara bilmədi.”

78 yaşlı aktyor sabah doğulduğu Qobu kəndində torpağa tapşırılacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az