Nazir şübhəli şəxs qismində saxlanılıb

3 Fevral 2013 21:20 (UTC+04:00)



Hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.

Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.

İstintaq zamanı o bildirib ki, bu pullar Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.

Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.