Xaçmazda uşaq yandı

3 Fevral 2013 22:02 (UTC+04:00)





Bu gün Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Mürşüdoba kəndində 1928-ci il təvəllüdlü İsbatov Balayar Səfixan oğluna məxsus, ümumi sahəsi 63 kvadratmetrli yaşayış evinin 15 kavadratmetri yanıb.



Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub.



Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 2010-cu il təvəllüdlü İsbatova Mələk Xəlil qızı ağır bədən xəsarətləri alıb.



Azyaşlı 2-3-cü dərəcəli texniki yanığ xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.