Son illərin ən qorxulu filmi "O"nun treyleri izlənmə rekordu qırır - Video

1 Aprel 2017 09:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "YouTube" portalında mart ayının 29-da yerləşdirilən treyler 2 gün ərzində 17 milyondan çox baxış sayı toplayıb. Bununla o ən yaxın rəqibi "Forsaj 8" filmini də üstələyərək ən çox izlənilən treyler olub.

"Warner Bros. Pictures" film studiyası tərəfindən hazırlanan videoçarx sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Film 2017-ci ilin sentyabrında ekrana çıxacaq.