Polad Bülbüloğlunun 67 yaşı tamam olur

4 Fevral 2013 10:10 (UTC+04:00)



Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini – Bülbül götürüb.

Azərbaycanlı bəstəkar uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artistiadına layiq görülüb.


1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırıb və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.

Bülbüloğlu ADK-nı bitirib (1968, Q. Qarayevin sinfini). Geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Kino-filmlәrә, dram tamaşalarına yazılmış musiqinin, simfoniya, simfonik poemaların vә s. әsәrlәrin müәllifidir.

AzNews.az