Cem Yılmaz Bakıya gəlməyə hazırlaşır – EKSKLÜZİV

4 Fevral 2013 10:42 (UTC+04:00)



AzNews.az-a daxil olan məlumata görə, komediya ustasının Bakıya səfəri bu ilin yay fəslinə qədər planlaşdırılır. Onun Bakıda möhtəşəm konsert proqramıyla çıxış etməsi üçün təşkilatçılar Cem Yılmazın menecerlrəi ilə danışıqlar aparıblar və müsbət nəticə əldə ediblər.

Qeyd edək ki, Cem Yılmaz komediya ustası olmaqla yanaşı, aktyor, karikatura rəssamı, rejissor və dublaj səsləndirməsi kimi incəsənətin növləri ilə də məşğuldur.

Fuad Mədətov
AzNews.az