İlqar Məmmədova rəsmi ittiham irəli sürüldü

4 Fevral 2013 14:15 (UTC+04:00)
Respublika Prokurorluğunun Ağır Cinayətlər dair istintaq idarəsi REAL hərəkatının sədri İlqar Məmmədova rəsmi ittiham irəli sürüb. Bu ittihamlar İsmayıllıda baş verən 23-24 yanvar hadisələri ilə bağlıdır. Bu barədə "Turan"a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Baş Prokurorluğun mətbuat xidməti hələlik fakta şərh verməyib.

Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada REAL sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun yanvarın 24-də İsmayıllıda olaraq əhaliyə təhrikçi çağırışlar etdiyi bildirilirdi.

Onlar isə İsmayıllıya getmələrini baş verənlərlə hadisə yerindəcə tanış olmaq arzusu ilə izah etmişdilər.

Bu gün səhər saatlarından etibarən İ.Məmmədov və T.Yaqublu prokurorluğa isitintaqa çağırılıblar.

AzNews.az