Gənclər Hadı Rəcəblinin qorxunc röyasına çevrilir - AKSİYA

4 Fevral 2013 15:26 (UTC+04:00)



Bir müddət bundan öncə deputat Hadı Rəcəbli AzTV efirindən gənclərin ünvanına təhqiramiz söyüşlər ünvanlamışdı. Mikrofonun açıq olması üzündən söyüş efirə yayımlanmışdı. Daha sonra gənclər deputata üzr istəməsi üçün 3 gün möhlət vermişdilər. Lakin deputat üzr istəməyəcəyini bəyan etmişdi.

Elitar.Az saytının məlumatına görə gənclər bu gün deputata qarşı SMS kampaniyasına başlayıb. Belə ki, onlar "Özünsən!" yazaraq deputatın 050 216 59 60 nömrəli telefonuna SMS göndərirlər. Hətta bu barədə Facebook-da da yazılıb.

AzNews.az