“Daş yuxular”da Səməd Vurğun təhqir olunub? - İDDİA

4 Fevral 2013 16:17 (UTC+04:00)


Yazıçılar Birliyi yazıçı Əkrəm Əylislinin "Daş yuxular"la bağlı mövqeyini açıqlayıb. Bu bəyanatın sətirlərini oxuduqca isə 25 ildir ki, davam edən Anar-Əkrəm Əylisli ədavətini görməmək mümkün deyil. Qarşı tərəf isə YB-inin "Daş yuxular"ın müzakirəsinə qatılmadığını deyir.

Yazıçılar Birliyinin sözçüsü Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında isə sözügedən əsərdə tanınmış şair və yazıçıların təhqir olunduğunu bildirdi: "Anar müəllim Əkrəm Əylisliyə qarşı heç bir ədavət aparmayıb. Əksinə, o, Anar da daxil olmaqla bütün nüfuzlu qələm sahiblərini təhqir edib. Yazdığı əsərdə Xəlil Rza, Səməd Vurğun, İsa Hüseynov da daxil olmaqla bütün milləti təhqir edib".

Əkrəm Əylislinin müzakirədə iştirak etməməsi məsələsinə gəlincə isə Ə.Əsgəroğlu YB-yi tərəfindən ona dəvət göndərildiyini dedi: "Biz Əkrəm Əylislini bu müzakirəyə çağırdıq. Gəlmədi. Müzakirə başlamamışdan öncə də zəng vurduq. Yenə də gəlmədi. Dedi ki üzvlükdən çıxıb. Bu müzakirənin YB-inin üzvü olub-olmamasına aidiyyatı yoxdur. İstəlinən əsər barəsində birlik öz sözünü deməlidir".

Bahar Rüstəmli
AzNews.az