İpotekanın verilməsi qaydaları dəyişdirildi

4 Fevral 2013 23:16 (UTC+04:00)


Prezident İlham Əliyev 2007-ci ildə təsdiq edilmiş 515 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

AzNews.az-ın məlumatına görə, prezidentin fərmanı ilə ipoteka kreditləri üçün nəzərdə tutulan maksimum məbləğin 35 min manatdan 50 min manata çatdırılıb.

Fərmanda həmçinin qeyd olunur ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü,42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.