Məktəb binasında güclü yanğın

5 Fevral 2013 08:29 (UTC+04:00)



Trend-in məlumatına görə, elektrik xəttlərində nasazlıq nəticəsində yaranan alov məktəbin 4 otağına yayılıb. Dərhal əraziyə FHN-nin Qusar
Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Binanın 2 otağı yanğından mühafizə olunsa da, digər 2 otaq tamamilə yanıb. Alovun söndürülməsi üçün vurulan suyun təzyiqindən 2 otağın divarları və tavanı uçulub. Yanğın ümumilikdə 112 kv.m. ərazini əhatə edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verdiyi bina bir müddət əvvəl qəzalı vəziyyətdə olduğu üçün boşaldılıb. Məktəbin əsas binasını elektrik enerjisi ilə təmin edən naqillər həmin qəzalı binadan keçir. İlkin ehtimala görə, elə yanğın da qəzalı binadakı naqillərin yararsız vəziyyətdə olması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan araşdırmaların sonunda məlum olacaq.