Azərbaycan sərhədçiləri iki iranlını güllələdi

5 Fevral 2013 09:15 (UTC+04:00)
Azərbaycan sərhədçilərinin atəş açması nəticəsində İranın Parsabad şəhərinin yaxınlığındakı sərhəd kəndi Pirayvatlının iki sakini yaralanıb. Bu barədə məlumatı İRNA agentliyi yayıb.

Muğanın Parsabad şəhərinin sərhəd alayının komandanı Mayor Ərdəşir Cavanşir hadisə ilə bağlı araşdırma aparıldığını bildirib: "Araşdırmalar göstərir ki, sərhədə yaxın kənd sakini Araz çayında balıq ovlamaq üçün Azərbaycan Respublikası sularına daxil olub. Bu halda azərbaycanlı sərhədçilər onlara doğru atəş açaraq onları yaralayıblar. Hər iki yaralı yaralanmalarına baxmayaraq özlərini sərhədə çatdırıb və hazırda Parsabad xəstəxanasında müalicə olunurlar".

Alpər
AzNews.az